Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatına start verilib. İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda oğlanların mübarizəsində 33 ölkədən 40 cüt, qızların yarışında isə 33 ölkədən 41 cüt iştirak edir.
Azərbaycanı yarışda təmsil edən İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva mübarizəyə təsnifat mərhələsindən başlayıblar.
Qızlarımız bu mərhələdə Portuqaliya təmsilçilərinə 0:2 (14:21, 16:21) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü isə təsnifat mərhələsində Serbiya təmsilçilərinə 2:0 (21:6, 21:11) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib.
Bu gün əsas mərhələdə ilk oyununa çıxan oğlanlarımız reytinq cədvəlində 6-cı pillədə qərarlaşan Finlandiya təmsilçiləri Vanhatupa/Viljamaa ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə İbrahim Məmmədov/Muhamməd Aslanlı 2:1 (14:21, 21:18, 15:10) hesabı ilə qalib gəlib.
Komandamız sabah növbəti oyununu Norveçdən olan Kjemperud/Ringoen cütünə qarşı keçirəcək.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB