Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir. "Burada məsələ yalnız bir daşın üzərinə yazılan yazıdan getmir. Şuşa kimi tarixi şəhərdə təbii qayalar, daşlar və digər səthlər şəhərin ümumi simasının bir hissəsidir. Onlara edilən hər bir müdaxilə həmin simaya vurulan zərbədir".
Şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova Baku TV-yə bildirib ki, bu kimi hərəkətlər çox pis təsir edir. Qazi anası Sevda Əliyevanın sözlərinə görə, işğal altında olan torpaqlar çox böyük əziyyətlə geri qaytarılıb: "Onların ayaq qoyduğu, qanı bahasına aldığı torpaqları zibilləmək başa düşülən deyil. Mən ayağımı oraya qoymağa qıymıram ki, bəlkə orada hansısa şəhidin qanı var". Şəhid atası Habil Cabbarov deyib ki, təkcə Şuşadakı qayalar deyil, bulaqlarda da bu vəziyyət müşahidə edilir: "Gedib bulaqların üstünü korlayırlar. O qayalar, əslində, tarixi abidədir. Həm də igidlərimizin dişləri, dırnaqları ilə qalxdıqları tarixi bir yerdir. Çox istəyərdim ki, bu hallar bir də yaşanmasın". Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov vurğulayıb ki, Şuşanın Cıdır düzünün qayalarına, daşlarına adların yazılması düzgün deyil: "Dövlətimiz şəhidlərin xatirəsini onların adlarına layiq şəkildə yaşadır. Xiyabanlarımız, parklarımız, memorial komplekslərimiz var".
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib