06 sentyabr 2026 14:06
89

"Neftçi SOCAR" yarımfinala vəsiqə qazanıb

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:18 hesabı ilə üstələyən "ağ-qaralar" yarımfinala yüksəlib.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.