06 sentyabr 2026 14:52
527

"Tottenhem" 53 ildən sonra çempionatda ilk üç oyunda qol vura bilməyib

İngiltərənin "Tottenhem" komandası antirekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, bu, London təmsilçisinin Premyer Liqanın III turunda "Nottinqem Forest"lə qolsuz heç-heçə etməsi ilə mümkün olub. Paytaxt klubu 53 ildən sonra çempionatda ilk üç oyunda qol vura bilməyib. Xatırladaq ki, "Tottenhem" Premyer Liqadakı növbəti maçını "Everton"a qarşı keçirəcək.