06 sentyabr 2026 20:17
149

Taekvondoçularımız İsveçrədə beynəlxalq turnirin qalibi olublar

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər.

“İki sahil” xəbər verir ki,  yarışda ölkəmizi təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olublar. Yarışda Azərbaycan komandası ümumi hesabda I yerə layiq görülərək, turnirin kubokuna sahib çıxıb.