Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.
Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.
Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.
Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.
Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır
Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir