07 sentyabr 2026 18:15
66

Millinin 3 oyununun biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq və UEFA Millətlər Liqasında keçirəcəyi iki oyunun biletləri satışa çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Yığma sentyabrın 23-də, saat 20:00-da Bakıdakı "8-ci kilometr" stadionunda Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasında oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, oktyabrın 4-də, saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.

Qarşılaşmaların biletləri iticket.az platforması vasitəsilə satışa təqdim olunur.