07 sentyabr 2026 20:50
100

Aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

1 sentyabr 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 895.263, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,3 faiz artaraq 62.104 təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5 faiz artıb və 245.650 olub.