07 sentyabr 2026 20:51
132

Azərbaycan millisinin oyunları: biletlər satışa çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərin biletləri satışa çıxarılıb.
 

Qeyd edək ki, millimiz yoldaşlıq görüşü çərçivəsində 23 sentyabr saat 20:00-da "8-ci kilometr" stadionunda Tacikistanla görüşəcək. Həmçinin 1 oktyabr saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yığmamız Lixtenşteyn, 4 oktyabr saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.

Oyunlara bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.