UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçiriləcək I tur oyununa təyinatlar açıqlanıb.
“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri qismində Ervan Finjan və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR hakimi Jerom Brisar, onun köməkçisi Momçilo Markoviç (Serbiya) olacaq.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir