"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, "Qarabağ" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir