09 sentyabr 2026 12:44
133

ABŞ-ın Kubadakı böhrana heç bir əlaqəsi yoxdur - Rubio

ABŞ hakimiyyətinin Kubadakı mümkün böhranla heç bir əlaqəsi yoxdur.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu bəyanatla ABŞ-ın dövlət katibi Marko Rubio çıxış edib. Kolumbiyada jurnalistlərlə söhbəti zamanı o bildirib ki, Kubada vəziyyətin pisləşməsi "keçən həftə başlamayıb".

"Artıq üç-dörd ildir ki, və bəlkə də daha çoxdur, Kuba humanitar fəlakət yaşayır", – deyə Rubio qeyd edib.

Avqustun sonunda ABŞ administrasiyasının rəhbəri Donald Tramp Kubaya qarşı embarqonu 2027-ci ilin sentyabrına qədər uzadıb.