Nepal polsinin kibercinayətkarlıqla mübarizə bürosu təxminən 1400 nəfərin ölümünə səbəb olmuş daşqından zərər çəkənlərin ünvanına sosial şəbəkələrdə alçaldıcı şərhlər yazan şəxsləri aşkar etmək üçün 10 ekspert-mütəxəssindən ibarət qrup yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Avqustun 26-da baş vermiş təbii fəlakət zamanı itkin düşmüş qohumlarını axtaran ailələr kömək üçün müraciət etmək məqsədilə sosial şəbəkələrdən istifadə ediblər. Nəşrin məlumatına görə, onların paylaşımları düşmənçilik və təhqir dolu şərhlər axınına səbəb olub ki, bu da ictimaiyyəti hökumətin və güc strukturlarının diqqətini bu cür sui-istifadə hallarına cəlb etməyə və tədbir görməyə çağırmağa sövq edib.
Polis bürosunun mətbuat katibi Dilip Kumar Qirinin sözlərinə görə, xüsusi qrupun əməkdaşları təhqiramiz şərhlər yazan istifadəçilərin profillərini araşdırır, onların ünvan və telefon nömrələrini müəyyənləşdirirlər. O bildirib ki, daşqın qurbanlarına əlavə iztirablar verən hərəkətlərin qarşısı alınmalıdır. "Təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar", – deyə polis əməkdaş əlavə edib.
Nepal qanunvericiliyi onlayn təhqirlərin müəyyən formalarına görə cərimələr və həbs cəzası nəzərdə tutur. 2008-ci il tarixli Elektron tranzaksiyalar haqqında qonuna əsasən, nifrət, düşmənçilik yayan, etnik və ya dini icmalar arasındakı münasibətləri pozan, təhqir elementləri və ya digər ədəbsiz davranış ehtiva edən materialların elektron KİV vasitəsilə dərc edilməsi və ya nümayiş etdirilməsi qadağandır. Qanunu pozanları 750 dollaradək cərimə, 5 ilə qədər azadlıqdan məhretmə və ya hər iki cəza eyni vaxtda gözləyir.
İspaniya bu qədər kütləvi qeyri-qanuni miqrant axınını gözləmirdi - Pedro Sançes