Pakistanın müdafiə naziri Xavəcə Asif bəyan edib ki, ölkə İran və ABŞ arasındakı münaqişənin tənzimlənməsi istiqamətində səylərini davam etdirir və hər iki ölkənin nümayəndələri qeyri-rəsmi formada əlaqədədirlər.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Geo TV" telekanalına müsahibəsində bildirib.
"Əlaqələr var, birbaşa olmasa da", – deyə o, bildirib. Asif əlavə edib ki, İslamabad bölgədə gərginliyin azalmasına kömək edəcək şərait yaratmağa çalışır.