11 sentyabr 2026 00:17
101

Çaqqallar tələdə

Bir vaxtlar Qarabağda at oynadanlar üç ildir ki, dəmir barmaqlıqlar arxasında günlərini sayırlar. Bunlar lovğalıqla donuzlarının Kürdə su içəcəklərini sayıqlayan daşnak tör-töküntülərinin bir qismidir. Ancaq nə donuzları, nə də özləri Kürdən su içə bilmədilər. Üç ildir ki, onlar azadlıqlarını belə itiriblər.

Bakıda həbsdə olan separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan Ermənistan Ombudsmanı Anahit Minasyanı Bakıya dəvət edib.

Bu barədə o, həbsxanadan göndərdiyi səs yazısında açıqlayıb.

"İndi sizi bizimlə görüşmək üçün Azərbaycan cəzaçəkmə müəssisəsinə dəvət edirəm. Düşünürəm ki, bu, mövcud siyasi münasibətlər çərçivəsində tamamilə uyğundur və heç bir çətinlik olmamalıdır... Biz gözləyirik.

Cənablar, dövlət rəsmiləri, Azərbaycandakı 19 nəfər Ermənistan Respublikasının pasportlarına malik şəxslərdir", - deyə o etiraf edib.

Bu şəxs o qədər həyasızdır ki, ombudsmanı hansı üzlə Bakıya çağırdığının fərqində deyil. Belə çıxır ki, o, özünün vəhşi cinayətlərini normal hal sayır. Yanındakılar da özü kimi. Deməli, bunlar qeyri-normal düşüncəli mövcudiyyətlərdir.

Bu, həmin o Daviddir ki, silahlı quldur dəstələri toplanmasında, günahsız azərbaycanlıların qətlə yetirilməsində, kəndlərimizin yerlə-yeksan edilməsində, əhalinin məcburi köçkün düşməsində və s. hərbi cinayətlərdə fəal iştirak edib. İxtisasca tarix-hüquq müəllimi olan İşxanyan əsl başkəsən olub.

Birinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində qanunsuz silahlı birləşmələrə komandirlik edib. O, türklərin qanına susamış lənətlik "Daşnaksütyun" partiyasının fəal üzvü və Qarabağ üzrə təmsilçisi olub. 2023-cü ilin avqust ayında qondarma qurumun "parlamentinin sədri" seçilib. Ancaq yeni post Davidin “başını yeyib.” İki ay tamam olmamış Azərbaycan Təhlükəsizlik Xidmətinin əməkdaşları qollarını qandallayıb Bakıya gətiriblər.

Bəs nə oldu, dünyanı yalan məlumatlarla yayıb doldurmuşdular ki, guya dövlət müstəqilliyi istəyən və bu yolda vuruşanlar Qarabağ erməniləridir? Əlbəttə, özlərindən savayı bu səfehləmələrə o vaxt da inanan yox idi. Hətta bəzi ermənilər bunun əleyhinə olduqlarını bildirirdi. Necə ola bilərdi ki, 25-30 min erməni 9 milyon azərbaycanlı ilə vuruşmağa cəsarət etsin? Ermənilərdə belə cəsarət heç vaxt olmayıb. Amma kənardan onları qızışdırıb şirnikləndirərək ortalığa salanlar beyinləri yuyulmuş toplumu buna təhrik etdilər. Digər tərəfdən, eks-prezidentlər- Robert Koçaryan və Serjik Sərkisyan xarici ölkələrdən ianə olaraq göndərilən yüz milyonlarla dolları ələ keçirdikcə münaqişənin həllinə imkan vermirdilər. Münaqişənin uzanması yüksək vəzifəli şəxsləri və Bakıda cəza çəkən 19 nəfərin nəfinə idi. “Qarabağ klanı” Ermənistandan göndərilən hərbi mükəlləfiyyətli gəncləri və xarici ölkələrdən gələn muzdlu başkəsənləri ən ağır döyüşlərə cəlb edirdi.

2020-ci ildə Ermənistan ordusu darmadağın ediləndən dərhal sonra döyüşənlərin arxasında gizlənən cinayətkarların əksəriyyəti qaçıb Ermənistana getsələr də həmin bu qaniçənlər qaça bilmədilər.

Məlumdur ki, bu gün Bakı həbsxanasında cəza çəkənlər Qarabağ məsələsindən varlanmaq məqsədi ilə istifadə edir, oa görə də atəşkəs rejimini tez-tez pozurdular. Ancaq hər şeyin bir sonu olur. Bir zaman torpağımızda at oynadanlar indi də bizim torpaqdadırlar. Ancaq daha at oynada bilmirlər, bir küncdə büzüşüb keçmiş xatirələrlə günlərini keçirirlər.

Allah qapılarını açmasın!

Vəli İlyasov, “İki sahil”