İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqavilənin müddətini uzadacaq.
“İki sahil” AS nəşrinə istinadla xəbər verir ki, tərəflər yeni sözləşmə barədə razılığa gəliblər.
Anlaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçinin 2029-cu ildə başa çatacaq müqaviləsinin müddəti daha 2 il artırılacaq. Oyunçunun məvacibində də ciddi artım olacağı bildirilib.
Qeyd edək ki, Arda Gülər "Real Madrid"ə 2023-cü ilin yayında "Fənərbağça"dan keçib.