10 sentyabr 2026 23:05
102

"Fənərbağça” Çempionlar Liqasına heç-heçə ilə başlayıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində birinci turun daha iki oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, Türkiyənin "Fənərbağça" komandası öz meydanında İtaliya "Roma"sını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Eyni hesab digər matçda da qeydə alınıb. Niderlandda PSV və "Şaxtyor" (Donetsk, Ukrayna) komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.