11 sentyabr 2026 10:13
91

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

“İki sahil” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,22 dollar və ya 5,49 faiz artaraq 119,54 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.