11 sentyabr 2026 10:48
90

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb:

"Bu, son illər qeydə alınan ən yüksək göstəricidir. Həmçinin icma əsaslı qruplarda yerlərin sayı 36 minə çatdırılıb. Daha çox uşağı məktəbəqədər təhsilə cəlb etmək üçün tətbiq edilən üçüncü model xüsusilə ayrıca bağça infrastrukturu olmayan və ya mövcud bağçanın tələbatı qarşılamadığı kənd və ucqar yaşayış məntəqələri üçündür. Burada məqsəd yeni böyük infrastruktur yaratmadan təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır".