Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə 7-11 sentyabr tarixlərində Çin Xalq Respublikasının 17 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub.
“İki sahil” xəbər verir ki, səfər zamanı iştirakçılar Bakı, Gəncə, Göygöl və Lənkəranın turizm imkanları ilə tanış olublar.
İştirakçılara Azərbaycanın tarixi və mədəni irsi, sağlamlıq turizmi və ekoturizm məhsulları barədə məlumat verilib, müxtəlif yerləşmə vasitələri ilə tanışlıq həyata keçirilib.
Proqram çərçivəsində Çin turizm şirkətlərinin nümayəndələri ilə 70-ə yaxın yerli turizm şirkətinin iştirakı ilə B2B formatında işgüzar görüş keçirilib. Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri və mümkün işgüzar əlaqələr müzakirə olunub.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub