Hazırda Xankəndidə 3 mindən çox tələbə təhsil alır.
“İki sahil” xəbər verir ki, bunu Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri zamanı deyib.
O bildirib ki, tələbələr şəhər əhalisinin 10 faizindən çoxunu təşkil edir. Elçin Yusubov qeyd edib ki, Xankəndidə yeni binalar və parklar inşa olunur, müxtəlif infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin şəhərə qayıdışı prosesi davam etdirilir.
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
MSİM süni intellekt savadlılığı təşəbbüsü çərçivəsində Elm və Təhsil Nazirliyində davamlı təlimlərə başlayıb FOTOLAR
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev