Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsiolan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı, ölkənin ucqar regionlarında da fəaliyyət göstərən 6500 terminaldakredit ödənişləri, balans və cari hesabların, eləcə də əmanət və Yığım hesablarının artırılması, aliment ödənişləri və bank rüsumlarının ödənilməsi üçün heç bir komissiya tələbi yoxdur.
Beləliklə, müştərilər bank əməliyyatlarını həyata keçirərkən özləri üçün rahat və uyğun olan kanalı seçə bilirlər. Qafqazın tam və inteqrasiya olunmuş ekosistemi olan Bir-in müştərilərə fərqli kanallarda seçim imkanı yaratmaq yanaşmasıçərçivəsində təqdim olunan bu imkan gündəlik bank əməliyyatlarının müştərilərin ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsinə şərait yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub