"Azərbaycan Hava Yolları" QSC (AZAL) 8–10 sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş regional biznes sammitlərində iştirak edib.
“İki sahil” xəbər verir ki, məlumata görə, 8 sentyabrda "Xalis Sıfır Enerjiyə Doğru – Mərkəzi Asiya və Xəzər Biznes Sammiti" çərçivəsində aviaşirkət "Mərkəzi Asiyada Aviasiyanın Dekarbonizasiyası: Tənzimləyici Təzyiqlər, İkili Əhəmiyyətlilik və Maliyyə Riskləri" mövzusunda təqdimatla çıxış edib.
10 sentyabrda isə Mərkəzi Asiya və Xəzər regionu üzrə 13-cü Emal və Emal Məhsullarının Satışı Biznes Sammitində AZAL "Səmada Yeni Standart: Regionun Qlobal SAF İstehsal Mərkəzi kimi Mövqeləndirilməsi" mövzusunda sessiyaya moderatorluq edib.
Tədbirdə həmçinin AZAL-ın ESG sahəsində inkişaf yolu və aviasiya ekosistemi üzrə həyata keçirilən praktiki dekarbonizasiya həlləri, eləcə də dayanıqlılıq öhdəliklərinin şirkətin əməliyyatlarına inteqrasiyası istiqamətində görülən işlər təqdim olunub.
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır