16 sentyabr 2026 18:10
128

Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq

İrəvan Moskva ilə Ermənistan ərazisində (Gümrüdə) Rusiyanın 102-ci hərbi bazasının saxlanılması məsələsini müzakirə etməyə hazırdır.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Əgər Rusiya hərbi bazanın qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır", - N.Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan heç vaxt Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.

Bununla belə, N.Paşinyanın sözlərinə görə, əgər Rusiya özü bazanı çıxarmaq qərarına gələrsə, Ermənistan buna etiraz etməyəcək, çünki onun ölkədə mövcudluğu həyati əhəmiyyət kəsb etmir. (Report)