“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə TotalEnergies şirkətinin idarəedici direktoru Emmanuel De Gui llebonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Azərbaycanda yeni inşa olunacaq Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulması, bununla bağlı texniki məsələlər və enerji təminatının təşkili məsələləri xüsusi diqqət mərkəzində olub.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və enerji layihələrinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb