Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalayıb.
“İki sahil” xəbər verir ki, sənədi Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə Respublikası İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun (KGK) vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Respublikası Auditorlar Palatasının Şurasının sədri Sapar Koşkimbayev, Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıblar.
Sənəd sentyabrın 16-da Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb