Azərbaycan Respublikasının “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
“İki sahil” xəbər verir ki, Maliyyə Nazirliyindən bildirilib ki, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir. Büdcə prosesinin növbəti mərhələlərində - 2027-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb