20 sentyabr 2026 18:23
58

Şəhidlərimizin əziz xatirəsi yad edilib - FOTO

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Sahib Natiq oğlu Daşdəmirov, Qiyas Ramil oğlu Manafov və Ceyhun Niyaməddin oğlu Sadıqovun anım günləridir.

Anım günləri ilə bağlı bu gün şəhidlərin Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət olunub. Şəhidlərin ruhlarına dualar oxunub, məzarları üzərinə tər gül-çiçək dəstələri düzülüb, əklillər qoyulub.

Sonra qısa cıxışlar olub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, şəhid ataları və digər şəxslər çıxış ediblər.

Çıxışlarda şəhidlərin şərəfli ömür, hərb və döyüş yollarından bəhs olunub, İgidlik və Qəhrəmanlıqlarından, Vətən uğrunda qəhrəmanlıqlarından söz açılıb.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Şəhidlərin məzarlarının ziyarətindən sonra isə anım günləri ilə bağlı ehsan süfrələri açılıb.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!