Füzuli rayonunda iki kənddə bərpa-quruculuq işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, ikinci “ağıllı kənd” layihəsi olan Dövlətyarlı kəndində 450 ailənin məskunlaşması üçün nəzərdə tutulan bərpa və tikinti işləri tam sürətlə aparılır. “Eyni zamanda Pirəhmədli kəndində də ilkin mərhələdə 146 ailənin köçürülməsi üçün zəruri bərpa-quruculuq işləri həyata keçirilir. Hədəfimiz bu ilin sonunadək hər iki kənddə tikinti və bərpa işlərini yekunlaşdırmaq, daha sonra isə vətəndaşlarımızın köçünə başlamaqdır. Beləliklə, Böyük Qayıdış bu kəndləri də əhatə edəcək”, – deyə o vurğulayıb.
Zaqatalada da 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən danışıblar