Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Beynəlxalq Sığorta Forumu – 2026"da iştirak ediblər.
"Caspianinfo" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, 30-a yaxın ölkədən ümumilikdə 200-ə yaxın iştirakçının – sığorta nəzarətedici orqanlarının, sığorta assosiasiyalarının və peşəkar sığorta bazarları təmsilçilərinin dəvətli olduğu Forumda Azərbaycan nümayəndə heyəti panel müzakirələrdə də çıxış ediblər.
AMB-nin Baş direktoru Vüsal Qurbanov Forum çərçivəsində təşkil olunmuş "Strategiya 2030: Qanunvericiliyin inkişaf və transformasiya istiqamətləri", ASA-nın İcraçı direktoru Abas Miskərli isə "İpək Yolu Sığorta Kəməri: Türk dünyası sığorta bazarlarının inteqrasiyası" adlı panellərdə çıxış edib, ölkəmizdə sığorta sektorunda həyata keçirilən islahatlar, əldə olunmuş nəticələr və qarşıda duran prioritet hədəflər haqqında geniş məlumat verib. Əsasən sual-cavab formatında baş tutan panellərdə Azərbaycan nümayəndə heyətinin verdiyi məlumatlar Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Müvafiq panellər çərçivəsində Türk Dünyası Sığorta Birliyinin türk dövlətlərinin sığorta bazarlarının inkişafında oynadığı mühüm rola da xüsusi diqqət yetirilib. Birliyin üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından yaratdığı imkanların əhəmiyyəti vurğulanıb. Eyni zamanda, türk dövlətlərinin sığorta sektorları arasında əlaqələrin dərinləşdirilməsinin regional sığorta ekosisteminin inkişafına töhfə verəcəyi də qeyd olunub.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi