22 sentyabr 2026 08:15
133

Hansı yollarda sıxlıq var?

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.