Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və eyni yaşlı Əmrəliyev Elmin Elman oğlunun meyitləri tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, onların meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə sentyabrın 19-da baş verib.
Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidir? – Səhiyyə Nazirliyinin revmatoloqdan tövsiyələr
VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
YAP Ordubad rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub