Polşanın şimalındakı Redzikovo yaşayış məntəqəsində yerləşən və "Aegis Ashore" kompleksinə malik ABŞ-ın raket əleyhinə müdafiə bazasının bilavasitə yaxınlığında mülki pilotsuz uçuş aparatı aşkarlanıb.
“İki sahil” xəbər verir ki, Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir: "KİV-də guya Polşadakı Amerika bazası üzərində dronun tapılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, Redzikovodakı bazadan təxminən 1 km aralıda aşkar edilmiş mülki pilotsuz uçuş aparatı baza obyektləri üçün heç bir təhlükə yaratmırdı və hərbi hava hücumundan müdafiə sistemlərinin daimi nəzarəti altında idi".
PUA baza üzərində uçuşlar həyata keçirməyib, lakin onun uçuşu pilotsuz uçuş aparatlarının uçuşuna qadağanın qüvvədə olduğu zonanın pozulması ilə baş tutub.
Litva Parlamenti nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini bəyənib
BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib