İran ətrafındakı münaqişə uzanacaq, lakin onun intensivliyi dəyişəcək.
“İki sahil” xəbər verir ki, bi sözləri "Al-Monitor" portalının təşkil etdiyi tədbirdə çıxış edən BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bildirib.
Qarqaş əlavə edib ki, münaqişə indiki şəklində onun qarşısının alınması tədbirlərinin uğursuzluğunun nəticəsidir. ABŞ-ın İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra münaqişə genişlənib və "bölgədə daha miqyaslı müharibəyə" çevrilib, deyə BƏƏ liderinin müşaviri vurğulayıb. Qarqaş qeyd edib: "Bu, davam edəcək və mütləq indi olduğu kimi görünməyəcək bir münaqişədir".
Pezeşkian: İran təzyiqlərə, çətinliklərə baxmayaraq, var-gücü ilə müqavimət göstərir
Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib