Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
“İki sahil” xəbər verir ki, N.Paşinyan müvafiq videomüraciəti sosial şəbəkədəki səhifəsində paylaşıb. "Biz BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçuruq", - o bildirib.
Baş nazirin mətbuat katibi Melaniya Arutyunyan bildirib ki, Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-də işgüzar səfərdə olacaq. O, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.
Səfər zamanı Paşinyan BMT-nin Baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşəcək.
BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib
Pezeşkian: İran təzyiqlərə, çətinliklərə baxmayaraq, var-gücü ilə müqavimət göstərir
Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib