Görüşdə IEC standartlarına əlçatanlığın təmin edilməsi, tətbiqinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məsələlərinə nəzər salınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Beynəlxalq Elektrotexniki Komissiyanın (International Electrotechnical Commission - IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı Agentliyin sədri Elnur Bağırov milli standartlaşdırma sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə məlumat verib. Eyni zamanda ölkəmizin IEC-ə assosiativ üzvlüyü çərçivəsində elektrotexniki standartlaşdırma fəaliyyətinin genişləndirilməsi, elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
IEC-in baş katibi və baş icraçı direktoru Filip Metzqer öz növbəsində Azərbaycanla elektrotexnika, enerji, rəqəmsal texnologiyalar, süni intellekt və digər innovativ sahələrdəəməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıqlara dair fikirlərini bölüşüb.
Görüş keyfiyyət infrastrukturunun inkişafı, IEC standartlarının tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, standartlaşdırma üzrə müvafiq texniki komitələrdə iştirak imkanının, eləcə dəbeynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasını nəzərdə tutan müzakirələrlə davam etdirilib.
Qeyd: IEC 170-ə yaxın ölkəni əhatə edən geniş şəbəkə vasitəsilə 30 000-dən çox beynəlxalq eksperti bir araya gətirərək elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində Milli Elektrotexniki Komitə təsis edilib. 2026-cı il 1 yanvar tarixindən isə Azərbaycan Respublikasının IEC-də assosiativ üzvlüyü təsdiq olunub.
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib