24 sentyabr 2026 13:20
195

Qazaxıstan MN Xəzərdə baş verən fövqəladə hadisənin səbəbini AÇIQLAYIB

Qazaxıstanda təlimlər zamanı hərbçiləri Xəzər dənizinə hava şəraitinin kəskin pisləşməsi və güclü külək aparıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Dərin kədər hissi ilə bildiririk ki, sentyabrın 24-də Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı, Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar hərbi qulluqçular dənizə sürükləniblər", – deyə idarənin məlumatında bildirilir.

Daha əvvəl nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, 19 hərbçini dənizə aparıb, 9 nəfər ölü tapılıb, daha 3 nəfər xilas edilib, qalanlarının axtarışları davam etdirilir.