24 sentyabr 2026 14:19
125

Aİ Şurası Ukraynaya təqribən 3 milyard avro məbləğində ödənişi təsdiqləyib

Aİ Şurası 50 milyard avro məbləğli "Ukraine Facility" fondundan Ukraynaya təqribən 3 milyard avro məbləğində növbəti ödənişi təsdiqləyib.

“İki sahil” TASS-a istinadla xəbər verrir ki, bu barədə Aİ Şurasının mətbuat press-relizində bildirilir.

Qeyd olunur ki, təxminən 800 milyon avro ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün nəzərdə tutulmuş kreditdən ayrılacaq. Aİ-nin planına görə, fonddan ayrılan vəsait Ukraynada "makromaliyyə sabitləşməsinə", həmçinin "islahatların təmin edilməsinə" və "dövlət idarəçiliyi" ehtiyaclarına yönəldilməlidir.