Bakı Şəhər Statistika İdarəsi yanvar-avqust aylarının nəticələrini açıqlayıb
Sənayenin inkişafı haqqında
2026-cı ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 35,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma, 24,1 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,9 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2026-cı il vəziyyətinə 541,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,0 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2026-cı ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 78,6 faizini inşa, yenidənqurma və bərpa, 7,7 faizini əsaslı təmir, 8,9 faizini cari təmir, 4,8 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi tikinti işlərinin 86,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 26014,9 milyon manatlıq, o cümlədən 13920,0 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 12094,9 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,8 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 0,5 faiz, qeyri-ərzaq malları üzrə 10,0 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,8 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 7,2 faiz artmışdır. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2026-cı ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 1381,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 857,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 62,0 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2026-cı ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 6386,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5680,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 88,9 faizini təşkil etmişdir.
Əməkhaqqı
2026-cı ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artaraq 1488,0 manat olmuşdur.
Bakı Şəhər Statistika İdarəsi
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir