ABŞ iqtisadiyyatının dinamizmi onun qlobal artımın əsas hərəkətverici qüvvələrindən biri kimi qalmasına imkan verəcək.
“İki sahil” xəbər verir ki, bu fikri Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Roubini Macro Associates” konsaltinq şirkətinin Baş icraçı direktoru Nouriel Roubini səsləndirib.
O bildirib ki, son dövrlərdə ABŞ iqtisadiyyatı ilə bağlı səslənən pessimist proqnozlarla razı deyil. Onun sözlərinə görə, 2 aprel tarif qərarları və ABŞ-İran gərginliyindən sonra ABŞ-ın müstəsnalığının sona çatması, dolların qlobal ehtiyat valyutası statusunu itirməsi və fond bazarında çöküş ehtimalı ilə bağlı fikirlər reallığı əks etdirmir.
“Gələcəyin sənaye sahələrinə nəzər salsaq, ABŞ və Çinin rəqiblərini xeyli qabaqladığını görərik. Bir sıra strateji istiqamətlərdə isə ABŞ Çindən daha öndədir. Bununla yanaşı, qlobal təchizat zəncirində Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur, Malayziya və Tailand kimi Asiya ölkələrinin, innovasiyalar sahəsində isə Hindistan və İsrailin rolu mühümdür”, - deyə N. Roubini vurğulayıb.
Baş icraçı direktor qeyd edib ki, dünyada kapital xərclərinin artması fonunda nadir torpaq elementləri, yaşıl və sənaye metalları, eləcə də enerji resursları ilə zəngin olan ölkələr, o cümlədən Azərbaycan bu prosesdən faydalanacaq.
Onun qənaətincə, ABŞ-da gözlənilən siyasi dəyişikliklər, o cümlədən aralıq seçkilərdən sonra formalaşacaq yeni siyasi konyunktura fonunda da Amerika iqtisadiyyatı dayanıqlığını qoruyacaq və Azərbaycan, Çin, Avropa və dünyanın digər regionları ilə birlikdə qlobal iqtisadi artıma töhfə verməkdə davam edəcək.
Mikayıl Cabbarov: Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir
İqtisadiyyat naziri: Hədəfimiz bərpaolunan enerji potensialımızı ixraca çevirməkdir
Enerji keçidi fonunda ARDNF: Milli sərvətin qorunması və gələcəyə investisiya
Otuz ildən çoxdur ki, regionda və regiondan kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik
Mikayıl Cabbarov: Nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyə can atırıq