25 sentyabr 2026 11:58
83

Dollar sanksiya alətinə çevrilib - Pyer de Qoll

Qərb dolları sanksiya aləti kimi istifadə etməklə dünya siyasətini müharibə ilə əvəz etmək istəyir.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın prezidenti general Şarl de Qollun (1959-1969) nəvəsi, Xalqlar arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll XII Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumunda bildirib.

"Bu ölkələr dünya siyasətini müharibə ilə əvəz etmək istəyirlər. Dollar sanksiyalar alətinə çevrilib", – deyə o vurğulayıb.

Bununla yanaşı, de Qoll qeyd edib ki, belə hərəkətlər Qərb ölkələrinin bir neçə il əvvəl inkişaf etməkdə olan dünya hesab edilən nizamın indi üstünlük təşkil etməsi ilə barışmaq istəməməsinin nəticəsidir.

"Bu, xalqları və əhalini birləşdirən, suverenliyə hörmət etməklə öz tərəfdaşlarını sakit, sərbəst şəkild dinamikasıdır", – deyə o qeyd edib.

Lakin de Qollun sözlərinə görə, Qərb Rusiya əleyhinə ikiqütblü qarşıdurma dünyasını uzatmaq cəhdlərindən yorulmur.