25 sentyabr 2026 12:13
68

ABŞ şirkətlərdən Britaniyada süni intellektin sınaqdan keçirilməsini məhdudlaşdırmağı xahiş edib

ABŞ administrasiyası süni intellekt (Sİ) tərtibatçıları olan "OpenAI" və "Anthropic" şirkətlərinə müraciət edərək, onların ən son modellərinin Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunda (AISI) sınaqdan keçirilməsinə imkan verməməyi xahiş ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evə yaxın mənbələrə istinadla "Politico" nəşri məlumat yayıb. Onların sözlərinə görə, bu xahiş milli kibertəhlükəsizlik direktoru tərəfindən göndərilib.

Nəşr qeyd edir ki, bu tələb "OpenAI" və "Anthropic" şirkətlərini çətin vəziyyətə salır. AISI dünyada bu cür tədqiqatların aparıldığı aparıcı mərkəzlərdən biridir və Britaniya hakimiyyəti müəyyən Sİ sistemlərinin təhlükəsizliyini qiymətləndirərkən məhz bu institutun nəticələrinə əsaslanır. İndi isə şirkətlər institut üçün məhdudiyyətlərin tətbiqi ilə ABŞ Prezidenti Donald Trampın qəzəbi arasında seçim etməli olacaqlar.

"Politico"nun məlumatına görə, "Anthropic" artıq AISI-nin özünün bəzi yeni modellərinə çıxışını məhdudlaşdırıb. Şirkətlərin özləri isə nəşrin mənbələrinin məlumatlarını şərh etməyiblər.