25 sentyabr 2026 13:29
77

Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır

Suriya qarşıdakı dövrdə dünya ilə əlaqələrini bərpa etməli, yenidən inteqrasiya olunmalı, eyni zamanda, ölkənin yenidən qurulmasını təmin etməlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri Suriyanın İqtisadiyyat və Sənaye naziri Məhəmməd Nidal əl-Şaar İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusundakı panel müzakirəsində deyib.

Nazirin sözlərinə görə, hazırda qloballaşma əvvəlki formasından fərqlənir və süni intellekt dünyanı əhəmiyyətli şəkildə transformasiya edir.

“15 ildir əziyyət çəkən, məhdud maliyyə resurslarına malik kiçik ölkə kimi bu maneələrdən keçməliyik. Bizim üçün əsas çağırış ilk növbədə dünya ilə əlaqələri bərpa etməkdir. Yenidən əlaqə yaratmalı, yenidən əməkdaşlığa başlamalı və ölkəmizi yenidən qurmalı, bərpa etməliyik. Bu, asan məsələ deyil, çox böyük çağırışdır”, - deyə nazir bildirib.