Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 27 sentyabr Anım Günü münasibətilə rayonun "Qəhrəmanlar Parkı"nda tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə rayonun "Qəhrəmanlar Parkı"nda ucaldılmış "Şəhid anası" abidəsinin önünə qərənfillər düzülüb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin suverenliyi və xalqımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan böyük Zəfərdən, bu Zəfər sevincini xalqımıza yasadan şəhidlərimizin qəhrəmanliqlarından və dövlətimizin tarixində əbədi var olacağından danşıb, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib. Çıxış edən şəhid anası Mehparə Qəribova, rayon icra hakimiyyəti müharibə veteranları, şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Samir Səfərov, QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Huseynova şəhidlərimizin unudulmazligindan, qürur tariximizidə əbədi var olacaq şücaətliklərindən bəhs ediblər.
Tədbirdə şəhər 8 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim ediblər.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
FHN Formula 1 ilə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO