“Əgər fürsət yaranarsa və bu imkan müzakirə olunarsa, biz Azərbaycandan və İrandan da qaz alacağıq.”
Erməni mənbələri xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərlə söhbətində bildirib. O, fikrinə davam edərək deyib: "Elektrik enerjisinə keçəcəyik, bütün ölkələrdən qaz alacağıq, nüvə elektrik stansiyasını gücləndirəcəyik, günəş enerjisi sistemini gücləndirəcəyik, bütün ölkələrlə ticarət edəcəyik, yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, region ölkələri arasında hər cəhətdən sülh və əməkdaşlıq olacaq. Bütün mümkün yerlərdə Azərbaycanla demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıracağıq".
Demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi ermənilər üçün zərurətdir. Çünki bu faktın özü sübut edir ki, bolşevik Rusiyasının bölüşdürücülüyü ilə Azərbaycan ərazisində süni surətdə Ermənistan adlı cırtdan dövlət quraşdırılıb və indiyədək sərhədləri müəyyənləşdirilməyib.
Deyəsən Ermənistan Təhlükəsizlik Şurasının katibi baş nazir Nikol Paşinyanın Almaniyadakı, BMT-dəki və digər yerlərdəki çıxışlarını ciddi qəbul edib. Dünənə qədər Azərbaycanla və Türkiyə ilə düşmənçilik edən bu adamlar törətdikləri hərbi-iqtisadi cinayətləri və nə tez unutdular. Biz sülh istəyərkən hər şeyi unuduruq, demirik. Təbii ki, insanlıqla bir araya sığmayan müsibət və faciələr heç vaxt unudula bilməz. Sadəcə olaraq dövlətimizin rəhbərliyi yenidən qan axıdılmasını istəmir. Amma bundan istifadə edənlər Nikol Paşinyandan “sülh göyərçini” düzəldirlər. Xaricdəki dəstəkçiləri isə vicdanlarını itirərək terrorçu dövlətin başçısına sülh mükafatı verirlər. Bu, tarixdə misli görünməmiş bir ironik hadisədir.
Nəql etdyimiz tragikomediya milyonlarla insanın öldürülməsinə əmr verən xalqlar cəlladı nasist Adolf Hitlerə sülh mükafatı verilməsinə oxşayır. Gərək Almaniyanın Hessen parlamenti həmin sülh mükafatını əvvəlcə II Dünya müharibəsində milyonlarla insanın kütləvi surətdə öldürülməsinə əmr verən Adolf Hitlerə də verəydi. Qayıdaq mövzuya.
Alen Simonyan utanmadan qeyd edib ki, hər şey çox yaxşıdır, çünki indi Ermənistanda sülh və demokratik hökumət var. O, dediyi “demokratik hökumət”in çıxardığı hoqqalar, iki-üçbaşlı oyunlar göz önündədir və gizlətmək mümkün deyil. Bunu biz deyil, ağlı başında olan ermənilərin özləri deyir.
Bunlar boş nağıllardır, fantaziyalardır, bağça uşaqları da inanmaz. Ancaq Alen Simonyanın Türkiyədən və Azərbaycandan kömək gözləməsi tamamilə inandırıcıdır. Çünki onlar yüzilliklər boyu bu iki türk ölkəsinin ərazisində yaşayıblar, artıb dünyaya hörümçək toru toxuyublar, varlanıb dirçələn kimi də düşmən kəsiliblər. Çörəyini yedikləri ölkələri düşmənlərə satıblar. Sülhpərvərlikdən dəm vuran Ermənistan hələ də Naxçıvanın Kərki kəndini və bəzi başqa yerləri işğal altında saxlamaqda davam edir. Daşnaklar kəndin adını dəyişərək Tiqranaşen qoyublar. Ayağı Kərki kəndinə dəyməyən Tiqranın goruna lənət olsun ki, özü kimi şərəfsizlər toplumu qoyub gedib. Parazit kimi xalqların canına daraşmış bu ikiayaqlılar harada olublarsa oradan qan-qada əskik olmayıb. İndi də işğal etdikləri kəndi boşaltmırlar ki, bəs onlar burada ağac əkiblər. Kimə desələr şaqqanaq çəkib gülər. Belə çıxır ki, qonaq olduğun bir ölkədə beş-on ağac ək, sonra iddia et ki, bura mənimdir. İşğala don geyindirməyin başqa variantı, həm də ən ağılsız və gülünc variantıdır. Açıq hiss olunur ki, ağlı-dərrakəsi irəli getməyən daşnakları kimlərsə idarə edir. Qoyma ağıldan isə ağıl olmaz-deyiblər.
Vəli İlyasov, “İki sahil”
Qarabağ və Şərqi Zəngəzurun bərpası gələn il də davam edəcək - Zəfərdən Böyük Qayıdışa