28 sentyabr 2026 17:59
168

Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında "yaşıl enerji"nin təşviqinə verdiyi dəstək barədə fikir mübadiləsi aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib

M. Cabbarovun sözlərinə görə, bu barədə müzakirələr Dohada keçirilən AIIB-in 11-ci İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Zou Jiayi ilə görüşdə aparılıb.

O bildirib ki, Azərbaycanını həmtəsisçisi olduğu Bankla tərəfdaşlığa önəm verilir: "AIIB-in üzv ölkələrdə infrastrukturun inkişafına, dayanıqlı inkişafa, yaşıl iqtisadiyyata keçidə dəstək barədə fikir mübadiləsi apardıq".

Nazir qeyd edib ki, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.