29 sentyabr 2026 18:00
52

Expressbank UNEC tələbələri üçün maliyyəsavadlılığı təlimləri keçirib

 

Expressbank maliyyə savadlılığının artırılması və gənclərinmüasir maliyyə xidmətlərindən daha təhlükəsiz şəkildəistifadəsinin təşviqi istiqamətində fəaliyyətinin davamı olaraqtələbələrlə görüşüb. Bank tərəfindən Azərbaycan Dövlət İqtisadUniversitetinin (UNEC) tələbələri üçün rəqəmsal bankçılıq, kibertəhlükəsizlik və istehlakçı hüquqları mövzularını əhatəedən təlimlər təşkil olunub.

Təlimlər çərçivəsində tələbələrə debit və kredit kartlarının əsasfərqləri, kart məhsulları seçilərkən diqqət edilməli məqamlar, rəqəmsal ödəniş üsulları, NFC və QR ödənişlər, həmçinin Apple Pay və Google Pay kimi rəqəmsal ödəniş həllərindən təhlükəsizistifadə barədə məlumat verilib. Bununla yanaşı, şəxsiməlumatların qorunmasının əhəmiyyəti, sosial şəbəkələrdəhəssas məlumatların paylaşılmaması, onlayn hesablarınşifrələrinin mütəmadi yenilənməsi və ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı ehtiyatlı davranmağın vacibliyidiqqətə çatdırılıb.

Təlimin digər istiqaməti kibertəhlükəsizlik olub. Tələbələrfişinqin müxtəlif formaları, onlayn dələduzluq və fırıldaqçılıqüsulları, eləcə də bu risklərdən qorunmaq üçün tətbiq ediləbiləcək praktiki müdafiə üsulları barədə məlumatlandırılıblar. 

İstehlakçı hüquqları mövzusunda isə bankla bağlananmüqavilələr zamanı diqqət edilməli əsas məqamlar, StandartMəlumatlandırma Formasının mahiyyəti və müştərinin bu sənədiimzalamazdan əvvəl diqqətlə oxumasının əhəmiyyəti izah edilib. Həmçinin hər hansı narazılıq və ya problem yarandığı halda ilk növbədə maliyyə institutuna müraciət etməyin əhəmiyyəti, Mərkəzi Banka və məhkəməyə müraciət imkanları və buproseslərin ümumi qaydası barədə məlumat verilib.

Təlimlər Expressbankın peşəkar təlimçiləri – İqtisaditəhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev və İstehlakçıhüquqlarının müdafiəsi şöbəsinin müdiri Alvina Əliyevatərəfindən keçirilib. 

Expressbank məsuliyyətli maliyyə qurumu olaraq cəmiyyətinmaliyyə savadlılığının yüksəldilməsini sosial məsuliyyətstrategiyasının mühüm istiqamətlərindən biri hesab edir. Bank,xüsusilə gənclərin maliyyə məhsulları və xidmətləri barədədüzgün məlumatlandırılmasına, rəqəmsal maliyyə alətlərindəntəhlükəsiz istifadənin təşviqinə və istehlakçı hüquqları barədəməlumatlılığın artırılmasına xüsusi önəm verir. Bu istiqamətdəhəyata keçirilən maarifləndirici təşəbbüslərin gələcəkdə dədavam etdirilməsi nəzərdə tutulur.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.