01 oktyabr 2026 10:24
154

Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, mətni Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.