Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AMEA Naxçıvan Bölməsi və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı tədbir keçirilib
“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans işini yekunlaşdırıb