Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işlərinin davam etdirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, müayinə işləri aşağıdakı tarixlərdə gecə saat 1:00-dan 5:00-dək həyata keçiriləcək:
4 oktyabr – Ziya Bünyadov prospekti, “Çermet” yolötürücüsü;
10 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, (Ekologiya postu);
11 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı).
Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.